Quba barədə danışanda almadan söz açmamaq mümkün deyil. 

Qubanın ağ alması haqqında məşhur mahnı da var. Bu, sarımtıl rəngli, qırmızı yanaqlı, xoş ətirli, yumşaq qabıqlı almadır. Şəhərin hər yerində, bütün həyətlərdə hektarlarla alma bağı salınıb. Burada ətri, dadı, rəngi və ölçülərinə görə fərqlənən bir neçə növ alma yetişir.

Qubaya gəlib bir almanın, bir də bükmənin dadına baxmadan dönmək olmaz. 

Şəhərin demək olar bütün küçələrində rast gəlinən və əksəriyyəti şəxsi həyətlərdə yerləşən paxlava – bükmə sexlərində Quba paxlavası və bükməsi satırlar.