Azərbaycan Turizm Bloggerləri Assosiasiyası KOBSKA və OYGİB ilə ilk əməkdaşlıq memorandumunu imzalayıb

 

Azərbaycan Turizm Bloggerləri Assosiasiyası ilə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası, həmçinin Odlar Yurdu Gənclər İctimai Birliyi arasında 15 fevral tarixində əməkdaşlıq haqqında memorandum imzalanıb. 

 

Memoronduma əsasən tərəflər turizm sahəsində sahibkarlıq və gənclərin inkişafı istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması, müştərək layihələrin hazırlanması, turizm və turizm bloggerliyi araşdırmaları barəsində məlumat mübadiləsinin aparılması kimi məsələlərdə əməkdaşlıq edəcəklər. Razılaşmaya əsasən tərəflər müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkil edilməsində, müxtəlif kampaniyalarının aparılmasında, layihələrin icra olunmasında birgə fəaliyyət göstərəcəklər.