Sentyabrın 1-də baş tutan gecədə tanınmış simalar, turizm blogerləri, o cümlədən rəsmi nümayəndələr iştirak ediblər. 

“FLY INN BAKU” otelində “ASG Sky Catering”in tərəfdaşlığı ilə, “Qırmızı & Ağ” konseptində təşkil olunan gecədə tədbiri giriş sözü ilə assosiasiyanın sədri, aparıcı Azər Qərib açıb. O, 1 il ərzində gördükləri işlərdən danışıb. Azər Qərib bildirib ki, bu müddət ərzində Azərbaycanda turizm sahəsində bir çox yeniliklər ediblər.

Daha sonra çıxış edən “Azərbaycan Hava Yolları”  QSC-nin vitse-prezidenti Eldar Hacıyev belə bir Assosasiyanın yaranmasından məmnun olduqlarını dilə gətirib.

Gecədə müğənnilər mahnılar səsləndiriblər.