Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) sentyabrın 9-da Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri cənab Christopher Martínez Berroteránın dəvəti ilə səfirliyin qonağı oldu.

 

Görüşün əsas mövzusu qarşılıqlı şəkildə hər 2 ölkənin turizm potensiallarının tanıtımında səyahət bloggerlərinin mübadilə məsələsi və irəlidə nəzərdə tutulan Venesualının turizm potensialının ölkəmizdə tanıdılmasında Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının fəal iştirakı olub.