Azərbaycan Turizm Blogerləri Assosiasiyası bu gün yeni üzvləri ilə görüş keçirib. Görüş zamanı yeni üzvlərə üzvlük vəsiqələri təqdim edilib. 

 

ATBA sıralarına qoşulan yeni üzvlər turizm assosiasiyasında təmsil olunmaqlarından məmnunluqlarını dilə gətiriblər. 

 

ATBA İdarə Heyətinin üzvləri isə öz növbəsində ölkəmizin turizm potensialının təbliğində blogerlərin fəal olacağına ümid etdiklərini söyləyiblər.