Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) “Azərbaycan Hava Yolları” QSC ilə əməkdaşlığı davam edir. Bu əməkdaşlıq çərçivəsində sentyabrın 27-də ATBA üzvləri Milli Aviasiya Akademiyasının qonağı oldu.

 

Akademiya ilə tanışlıq zamanı pilotların təlim mərkəzləri və simulyatorlara baxış keçirilib, blogerlər simulyatorlarda eniş-qalxış və uçuşun simulyasiya prosesini izləyiblər.