Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyəti və üzvləri Qəbələyə səfər ediblər. “Qafqaz Riverdide Hotel”in dəvəti ilə gerçəkləşən 3 günlük səfərdə blogerlər Qəbələni qarış-qarış gəzərək, turizm marşrutları ilə tanış olublar.

Səfər zamanı ATBA üzvləri Laza kəndinə, Nic kəndinə, buradakı alban abidələrinə (Bulun kilsəsi və Müqəddəs Yelisey adına Cotari kilsəsi), “Udi ocağı”na, Həmzəli kəndindəki Şıx Baba pirinə, Həzrə kəndindəki XV-XVI əsrə aid türbələr kompleksinə, termal bulaqları ilə məşhur Yengicə kəndinə, Konqres Mərkəzinə baş çəkiblər.

Səyahət blogerləri Qəbələ mətbəxinin ləziz təamlarını dadaraq, şəhər mərkəzindəki gəzməli-görməli yerlərlə də tanış olublar.