Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyəti və üzvləri 24 sentyabrda Qubaya yola düşüblər. “Şahdağ Quba Hotel”in dəvəti ilə gerçəkləşdirilən 3 günlük səfərdə səyahət blogerləri Qubanın gəzməli-görməli yerləri ilə tanış olublar.

Bllogerlər otelin müxtəlif spa prosedurları ilə yaxından tanış olaraq, payızda çox gözəl olan Qubanı qarış-qarış gəziblər.

Şəhərin tarixi küçələrini, hamamlarını, özünəxas memarlığını izləyən ATBA üzvləri səfərlər zamanı tarximizi özündə əks etdirən Quba Soyqırımı Memorial Kompleksinə də baş çəkiblər.

Quba tarixində, Azərbaycan tarixində baş verən soyqrımı yenidən dinləyib, şəkilləri və video lentləri izləyiblər. Qeyd edək ki, kompleksə giriş ödənişsizdir. Blogerlər dağ yəhudilərinin məskunlaşdığı Qırmızı Qəsəbənin də qonağı olublar.