ATBA İsarə Heyətinin üzvləri bu gün UK visa mərkəzi olan “TLScontact Azerbaijan”-ın ofisində qonaq oldu.

 

Görüş zamanı bir çox maraqlı məqamlar müzakirə olunub. Böyük Britaniyaya giriş qaydaları və pandemiya dönəmində tətbiq olunan məhdudiyyətlərdən söhbət açılıb. 

 

Qeyd edək ki, mərkəz Böyük Britaniyaya vizaların verilməsi üzrə yeganə mərkəzdir və səfirlik tərəfindən bütün hüquqları tanıdılıb.

 

Görüş zamanı ATBA adına çox məhsuldar nəticələr əldə olunub. Belə ki, aşağıda göstərilən xidmətlər üzrə idarə heyəti 60%, üzvlər 50% endirimlərdən yararlana biləcəklər. Həm idarə heyəti, həm də üzvlər Premium lounge-da ödənişsiz qarşılanır.

 

1.Əsas vaxtın təyin edilməsi- Prime time appointment

2. Müraciət zamanı passportun saxlanılması – Keep my passmort when applying

3. Sms notifikasiya

4. Bakı daxili kuryer xidməti

5. Azərbaycan daxili kuryer xidməti

6. Onlayn ödəniş köməkliyi – Online payment assistance

7. Tərcümə

8. Fotokopiya

9. Sənəd çapı

10. Forma doldurma köməkliyi

11. Çevik təyin etmə -Flexy appointment

12. İstək üzrə mobil xidmət – On demand mobile servise

 

UK mərkəzin Bakı üzrə rəsmi internet səhifəsi 

 

https://pos.tlscontact.com/bak_en/index.php/