Azərbaycan Turizm Blogerləri Assosiasiyasının (ATBA) İdarə Heyəti və üzvləri “Maricel Astara Resort”un dəvəti ilə Astarada 2 günlük səfərdə olublar.
Blogerlər Astaranı gəzərək, rayonun turizm potensialı ilə yaxından tanış olublar. Onlar Kijəbə qəsəbəsində çay plantasiyasına da baş çəkərək, çay yığımı prosesində iştirak ediblər.
Səyahətçilər Ərçivan kəndinə də gedərək, 1806-cı ilə aid Kərbəlayi Həmid Abdulla hamamına baş çəkiblər.
ATBA üzvləri Astaranın “açıq səma altında muzeyi” hesab edilən Sım kəndində də qonaq olublar.