9-20 avqust tarixlərində Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran, Venesuela Bolivar Respublikasının Turizm Nazirliyinin dəvəti və Pegas Touristikin dəstəyi ilə Azərbaycan Turizm Bloggerləri Assosiasiyasının üzvləri İradə Qədirova və Rəna Kərimova Venesuela Bolivar Respublikasına tanıtım məqsədilə səfər etmişlər.

Səfər zamanı Marqarita, Koçe adaları, Los Roques arxipelaqı, Kanayma milli parkı, La Quayra və Karakas şəhərlərinə səfər edilmişdir.

Karib hövzəsindəki ən böyük ada olan Marqarita adası blogerləri heyran etdi. Səfərdə diqqət çəkən məqam dünyanın ən hündür Anxel şəlaləsinin yerləşdiyi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Kanayma milli parkına səfər idi.

Həmçinin Venesuelaya səfərdən sonra The Landmark Baku – The Rotunda konfrans mərkəzində bu ölkənin mədəniyyətinə və tarixinə həsr olunmuş sərgi keçirilib. Sərgidə İradə Qədirovanın çəkdiyi Venesuelanın əsas görməli yerləri və təbii mənzərələri – çimərliklər, cəngəlliklər, Anxel şəlaləsi, savannalar, eləcə də And dağlarının bir hissəsini əks etdirən fotoşəkillər nümayiş etdirilib.